Gəncə şəhəri ərazisində avtomobilin qoşqusunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 1 mart tarixində DİN-ə istinadən xəbər veririk.
Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 26-na keçən gecə şəhər ərazisində “VAZ-21011” markalı bir avtomobilin arxasında olan 2000 manat dəyərində qoşqusunu oğurlamaqda şübhəli bilinən Gəncə sakini R.Qəmbərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.