top
Gəncə Regional Mədəniyyət idarəsində audit: 62 ştat artıq saxlanılıb
12 aprel 2023, 16:40
- ↺ +

Gəncə Regional Mədəniyyət idarəsində audit: 62 ştat artıq saxlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə daha bir audit nəticəsində nöqsanlar aşkarlanıb. Bu haqda 12 aprel tarixində Apa-ya istinadən məlumat veririk.

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsində (RMİ) kənar dövlət maliyyə nəzarəti tədbiri keçirib. Audit ilə 2020-2021-ci illərdə və 2022-ci ilin 6 ayı ərzində idarənin tabeliyində olan 180 kitabxana, 106 mədəniyyət evi və klub, 15 muzey və 22 musiqi məktəbinin fəaliyyətinin təmin edilməsi məqsədilə büdcədənkənar fəaliyyətdən daxilolmalar da nəzərə alınmaqla, ümumilikdə icra olunmuş 55.110,5 min manat məbləğində vəsait əhatə olunub.

Büdcədənkənar fəaliyyətdən gəlirlərin formalaşması ilə bağlı tədbirlərin məhdud istiqamətlər və qurumlar üzrə həyata keçirilməsi, ümumilikdə auditin əhatə etdiyi dövrdə bu sahədə potensialın istifadəsi ilə bağlı fəaliyyətin tam və düzgün təşkil olunmaması idarənin fəaliyyət çərçivəsində olan 323 mədəniyyət və incəsənət müəssisəsinin yalnız 8-indən cəmi 10,4 min vəsaitin daxil olması ilə nəticələnib.

Əmlakla bağlı hesabatlılığın təmin olunması fonunda ondan istifadə prosesində əlavə gəlir əldə etmək potensialı reallaşdırılmayıb. İdarənin əhatəsində olan qurum tərəfindən düzgün olmayaraq dövlət əmlakının bir hissəsi ictimai birliyə istifadəyə verilib. Həmin birlik tərəfindən bu sahə kommersiya məqsədilə istifadə edilsə də, əmlakdan istifadə ilə bağlı icarə müqaviləsi bağlanmayıb və icarə haqqı tutulmayıb.

Maliyyə intizamına tam əməl olunmaması bəzi hallarda ayrılmış vəsaitlərin idarə tərəfindən təyinatı üzrə istifadə edilməməsi ilə nəticələnib. 2 uşaq musiqi məktəbinə 7 ədəd elektron lövhə əvəzsiz verilərək sinif otaqlarında quraşdırılsa da, auditin başa çatdığı dövrədək lövhələrdən istifadə ilə bağlı bacarıqların aşılanmaması ümumilikdə 45,3 min manat dəyərində dövlət əmlakının istifadəsiz saxlanmasına səbəb olub.

Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş tarif dərəcələri və ixtisas tələblərinə əməl olunmayaraq tarif dərəcələrinin bəzi hallarda yuxarı, bir sıra hallarda isə aşağı müəyyənləşdirilməsi hallarına yol verildiyi aşkar edilib. Bu da əməyin müvafiq olaraq 18,3 min manat artıq və 277,8 min manat əskik ödənilməsi ilə nəticələnib.

İdarə tərəfindən Əsasnamə ilə müəyyən edilmiş hüquqların tam reallaşdırılmaması, ştat vahidləri və vəzifələrə dair hüquqi aktların tələblərinə əməl olunmaması, ümumilikdə bu sahədə nəzarət fəaliyyətinin təşkil edilməməsi kitabxana sistemləri və mədəniyyət evləri üzrə auditlə əhatə olunmuş hər dövr üzrə 62 ştat vahidinin artıq saxlanılması, bu əməkdaşlara ümumilikdə 608,4 min manat məbləğində vəsait ödənilməsi ilə nəticələnib.

2020-ci illə müqayisədə 2021-ci ildə 653,5 min manat məbləğində azalmanın səbəbləri ilə bağlı toplanmış audit sübutları ilə həmin vəsaitin bir hissəsinin artıq ödənilmiş əməkhaqqı ilə bağlı olması ilə yanaşı, 447,1 min manatının 2020-ci ildə adları işdə olan, lakin 2021-ci ildə işdən azad edilmiş 87 nəfər işçinin əməkhaqqı və əməkhaqlarına üstəlik xərclərindən ibarət olduğu müəyyən olunub.

İdarə tərəfindən icra prosesində tərtib edilmiş planlara riayət olunmayıb. Bəzi satınalmalar vaxtında icra edilməyib, planlaşdırılmış bir neçə satınalma həyata keçirilməyib və əksinə, nəzərdə tutulmamış satınalmalar icra edilib. Satın alınacaq mallara (işlərə və xidmətlərə) dair tələbin müəyyənləşdirilməməsi ilə yanaşı, ehtimal olunan qiymətlərin hesablanmaması və ya bu qiymətlərin formal xarakter daşıması bir sıra hallarda daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmaqla dövlət vəsaitinin 64,4 min manat artıq istifadəsi ilə nəticələnib.

Kreditor və debitor borcların uçotu düzgün qurulmayıb, ümumiyyətlə, maliyyə hesabatlarında öz əksini tapan debitor və kreditor borclar xəzinə üzləşmə aktlarında öz əksini tapmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
14 oktyabr 2026, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
14 oktyabr 2026, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
14 oktyabr 2026, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
14 oktyabr 2026, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Oxşar xəbərlər