Gəncədə klublararası Respublika turniri keçirilib. Bu haqda 19 iyun tarixində Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
“Heydər Əliyev İli”nə həsr olunan Muaytay idman növü üzrə klublararası yarış Gəncə Olimpiya İdman Kompleksində baş tutub. Qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Muaytay Tayboks Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.