Gəncədə master-klas təşkil olunacaq. Bu haqda 23 avqust tarixində Gəncə Maarif Evinə istinadən xəbər veririk.
Şəhərimizdə "Günəşdən Siluetlərə" adlı master-klas baş tutacaq. Tədbir 27 avqust tarixində saat 11:00-da Maarif Evində keçiriləcək. Burada rəngkarlıq və onun texnikaları, kompozisiya anlayışı və quaş texnikası ilə praktiki tanışlıq olacaq.
Ustad dərsində 5 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qatılmaq ödənişsizdir.