Gəncə komandası yeniyetmələr arasında boks idman növü üzrə Azərbaycan birinciliyinin 2-cisi olub. Bu haqda Gencexeber.az 19 iyun tarixində Təhsil Respublika İdman Mərkəzinə istinadən məlumat verir.
Yarışda 17 çəki dərəcəsi üzrə təşkil olunan birinciliyə Cənub, Şimal, Bakı, Qərb, Sumqayıt və Naxçıvan zona birinciliklərinin yekununa əsasən, 52 komandanın ən güclü 227 nəfər idmançısı qatılıb.
Final mərhələsində komanda hesabında Sumqayıt komandası 1-ci, Gəncə komandası 2-ci, 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası isə 3-cü yeri tutub.