Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni kadr təyin olunub. Bu haqda bu gün, Gencexeber.az tibb ocağına istinadən xəbər verir.
38 yaşlı həkim Sevinc Seyidova Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsinin oftalmoloqu kimi fəaliyyətə başlayıb.
S.Seyidova Naxçıvan Dövlət Universitetində pediatriya fakültəsində ali təhsil alıb. Daha öncə o, 9 il Naxçıvan Respublika Göz xəstəxanasında, 5 il isə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışıb.