Gəncədə dövlət idarəsinə təyinat edilib. Bu haqda 30 avqust tarixində Apa-ya istinadən məlumat veririk.
Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Sənədə əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsinə yeni rəis təyin olunub. Bu vəzifəni Nail Surxay oğlu Məmmədov icra edəcək.
Qeyd edək ki, Məmmədov bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyində və "ASAN Xidmət"də rəhbər vəzifələrdə çalışıb.