Gəncədə bir neçə qəzaya səbəb olan xəndəklərin yerləşdiyi yol yamaqlanıb. Bu haqda Gencexeber.az-a yanvarın 15-i məlumat daxil olub.
İşlər şəhərin Nizami prospektində aparılıb. Aidiyyəti qurumun əməkdaşları kommunal qəzalar səbəbindən qazılan yolun asfalt örtüyünü təmir ediblər.
Xatırladaq ki, sözügedən ərazidə dekabrın 27-si və 28-zi ard-arda qəzalar baş vermişdir.