Gəncədəki mədəniyyət ocağı yeni mövsümə hazırlaşır. Bu haqda 15 sentyabr tarixində Dram Teatrına istinadən xəbər veririk.
21 sentyabr tarixində Gəncə Dövlət Dram Teatrı 128-ci teatr mövsümünü açıq elan edəcək. Mədəniyyət ocağı rejissoru M. Mikayılov olan "Xanuma" tamaşası ilə tamaşaçıların görüşünə gələcək.
Pyes 21 sentyabr saat 18:00-da nümayiş olunacaq.
Qeyd edək ki, biletləri teatrın kassasından əldə etmək mümkündür.