Gəncədəki teatrın repertuarında dəyişiklik baş verib. Bu haqda 20 sentyabr tarixində Gəncə Dövlət Dram Teatrına istinadən xəbər veririk.
Gəncə Dövlət Dram Teatrı mövsümün açılış tamaşasını dəyişib. Mədəniyyət ocağı 128-ci teatr mövsümünü N.Məmmədlinin "Cavad xan" tarixi dramı ilə açacaq. Buna səbəb ölkəmizdə yaşanan məlum məsələlərdir.
Xatırladaq ki, ötən həftə teatrın yeni mövsümünün “Xanuma” tamaşası ilə başlayacağı barədə məlumat vermişdik.