Gəncədə taekvondo idman növü üzrə yoldaşlıq görüşü keçirilib. Bu haqda 18 yanvar tarixində Gəncə şəhər Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.
Yarış Azərbaycan Taekvondo Federasiyasının Gəncə nümayəndəliyinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Turnir "20 yanvar" Ümumxalq Hüzn Gününə həsr olunub. İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra bu tarixi gün haqda gənc idmançılara məlumat verilib.
Yarışda Gəncədən 5, Samuxdan və Tovuzdan 2, Şəmkirdən isə 1 komanda iştirak edib. Qaliblər Baş idarə tərəfindən diplomlarla təltif olunublar.
[caption id="attachment_8586" align="alignnone" width="300"]
Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəsmi Facebook səhifəsindən foto[/caption]