Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumat Gencexeber.az-a iyunun 9-u daxil olub.
Qəza saat 15:00 radələrində 28 May və Mehmandarov küçələrinin kəsişməsində qeydə alınıb. “Volkswagen” markalı minik maşını idarəetməni itirərək yol kənarındakı dirəyə çarpılıb.
Hadisə zamanı sürücü yüngül dərəcəli xəsarət alıb. Nəqliyyat vasitəsinə ziyan dəyib.