Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində məlumat dərc edilib.
Sözügedən işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş əməkdaşları cəlb olunmuşdur. Onlar texniki vasitələrlə mərkəzi küçə və prospektlərlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərində küçələri kimyəvi maddələrlə dezinfeksiya ediblər.
Tədbirlər su çiləyici maşınlar və xüsusi təlim keçmiş 40 nəfərlik briqada tərəfindən davam etdirilib.
[caption id="attachment_9465" align="alignnone" width="300"]
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto[/caption]
[caption id="attachment_9466" align="alignnone" width="300"]
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto[/caption]
[caption id="attachment_9469" align="alignnone" width="300"]
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto[/caption]