Gəncədə genişmiqyaslı təmizlik və abadlıq aksiyası həyata keçirilib. Bu haqda 9 iyun tarixində Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (MKTİB) istinadən məlumat veririk.
İməcilik zamanı MKTİB-nin əməkdaşları tərəfindən prospekt və küçələrdə səki kənarlarındakı haşiyələrin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, avtobus dayanacaqlarının, istiqamətləndirici lövhələrin, park və istirahət yerlərindəki oturacaqların yuyularaq təmizlənməsi işləri aparılıb. Eləcə də şəhərin park və xiyabanlarına, küçələrinə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub.
Xüsusi texnikalar vasitəsilə əsas magistral yol və prospektlərin kənarlarında toplanan toz-torpaq və palçıq kütlələri yuyulub, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib.
Eyni zamanda şəhər ərazisində yerli iqlimə uyğun yeni ağaclar, kollar, güllər əkilib.