Gəncədə birmərtəbəli evdə yanğın baş verib. Bu haqda 17 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat veririk.
Ümumi sahəsi 100 kvadratmetr olan 3 otaqlı evin 1 otağının tavanı 3 kvadratmetr sahədə yanıb. FHN-in əməkdaşları tərəfindən alov söndürülüb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.