Gəncədə küçələrdən biri asfaltlanır. Bu haqda Gencexeber.az-a 30 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cəfər Cabbarlı küçəsindən gedir. Burada yolun çökmüş yerləri düzləşdirilir və asfaltlanır.
Qeyd edək ki, sözügedən küçənin yolu su və kanalizasiya xətti çəkiləndən sonra yararsız hala düşmüşdü.