Gəncə təmsilçisi növbəti rəqibinə uduzub. Bu haqda 23 yanvar tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə BK” Bakının “Sərhədçi PİK” komandası ilə qarşılaşıb. Oyun Azərbaycan Basketbol Liqasının XIV turu çərçivəsində baş tutub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən matç təmsilçimizin 78:86 hesablı məğlubiyyəti ilə yekunlaşıb.