Gəncə basketbolçuları məğlubiyyət yaşayıblar. Bu haqda 2 mart tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə BK” Bakının “NTD” komandası ilə qarşılaşıb. Oyun Azərbaycan Basketbol Liqasının XX turu çərçivəsində baş tutub. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən matç təmsilçimizin 85:91 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular: "NTD BK"-nın heyətində Ceremi Heys (28 xal, 11 ribaund), "Gəncə BK"-nın heyətində Kollin Törner (23 xal, 7 ribaund).