Nizami yurdunu Azərbaycan Basketbol liqasında təmsil edən komandamızın növbəti rəqibi bəlli olub. Bu haqda 23 yanvar tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər veririk.
“Gəncə” BK Şəki təmsilçisini qonaq edəcək. Oyun 29 yanvar saat 15:00-da baş tutacaq. “Olimpik” Şəki ilə keçiriləcək oyun Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Qeyd edək ki, “Gəncə” BK 14 tur sonra 22 xalla 5-ci yerdə qərarlaşıb.