Gəncə təmsilçisi məlumat paylaşıb. Bu haqda 19 avqust tarixində basketbol klubuna istinadən xəbər veririk.
Bir neçə gün öncə “Gəncə BK”nın 9 basketbolçu və baş məşqçi ilə yollarını ayırması barədə məlumat paylaşmışdıq. Bir sıra sosial media istifadəçiləri komandanın dağılması barədə rəylər yazıblar.
Klubdan bildirilib ki, “sarı-göylər” fəaliyyətini olduğu kimi davam etdirir. Qarşıdan gələn sezon üçün yeni heyət toplanacaq.
Yaxın zamanda yeni transfer ictimaiyyətə təqdim olunacaq.