Gəncə təmsilçisi komandadan ayrılanlarla bağlı paylaşım edib. Bu haqda 17 avqust tarixində basketbol klubuna istinadən məlumat veririk.
Gəncə BK-nın bir çox basketbolçuları klubu tərk edib. Onlar 2022/23 mövsümündə forma geyinən Collin Turner, Jarred Small, Jordan Andrews və Jalen Gaddy-dir. Həmçinin Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev və Amil Həmzəyev də artıq “sarı-göylər”i təmsil etməyəcəklər.
Klubun paylaşdığı məlumata əsasən, baş məşqçi Meiliunas Gediminas ilə də yollar ayrılıb.