Gəncədə basketbol liqasının final turu keçirilib. Bu haqda 14 iyun tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Şəhərimizdə ilk dəfə təşkil olunan basketbol idman növü üzrə region liqasına yekun vurulub. Turnir Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universitetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Olimpiya İdman Kompleksində keçirilən final oyununda “Telekom” Basketbol İdman Klubu ilə Gəncə Dövlət Universitetinin nəzdindəki Regional Kollecin komandası üz-üzə gəlib. Oyunun sonunda “Telekom” Basketbol İdman Klubu qalib olub.
Sonda turnirin bağlanış mərasimi keçirilib. Qaliblərə fəxri fərmanlar, kubok və diplomlar təqdim edilib.