Gəncə təmsilçisi "Araz-Naxçıvan"ın futbolçusunu heyətinə dəvət edib. Bu haqda 27 iyun tarixində Report-a istinadən xəbər veririk.
Nicat Süleymanov 2024/2025 mövsümündə futbol klubumuzun şərəfini qoruyacaq. "Sarı-göylər" 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, transfer yaxın günlərdə klub tərəfindən rəsmən açıqlanacaq.