Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 4 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. “Firuzə” şadlıq sarayının arxasında şəhər sakini Elvin Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.