Gəncədə konsert proqramı təşkil olunacaq. Bu haqda 26 yanvar tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.
2 fevral - Gənclər Gününə həsr olunmuş "Gəncliyin səsi" Festivalı çərçivəsində "Gənclərə dəstək" layihəsi iştirakçılarının konserti 6 fevral tarixində saat 15:00-da Gəncə Dövlət Filarmoniyasında keçiriləcək.
Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə etmək olar.