Gəncəli güləşçi Dünya çempionatında uğurlu çıxış edib. Bu haqda 21 avqust tarixində Güləş Federasiyasına istinadən xəbər veririk.
İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı keçirilib. Yarışda Gəncə İdman Liseyi Güləş Qızlar Komandasının yetirməsi Gültəkin Şirinova 53 kiloqram çəki dərəcəsində iştirak edib. O, finalda amerikalı rəqibi Keti Qomesə 9:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.
Qeyd edək ki, öncəki mərhələlərdə idmançımız Nikol Krumova və Mariya Yefremova ilə qarşılaşıb.