Gəncədə bu həftə keçiriləcək idman tədbirinin tarixi açıqlanıb. Bu haqda 12 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Gənclər və İdman Nazirliyi 11–17 sentyabr aralığında keçiriləcək tədbirlərin siyahısını paylaşıb. Cədvələ əsasən, Nizami yurdunda “İdman hamı üçün” layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar baş tutacaq. Tədbir 13 sentyabr saat 16:00-da Gəncə İdman Liseyində təşkil olunacaq.