Gəncədə türk professorlar mühazirə oxuyublar. Bu haqda 31 may tarixində ADAU-ya istinadən məlumat veririk.
Türkiyənin Dicle Universitetinin bir qrup əməkdaşı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir. Dicle Universitetinin Kənd təsərrüfatı fakültəsinin müəllimləri professor Selime Ölməz Bayhan və professor Erol Bayhan ADAU-nun professor-müəllim və tələbələri üçün bitki mühafizəsi sahəsində bir neçə mövzu üzrə mühazirə keçəcəklər.
İlk seminarda Erol Bayhan tərəfindən “torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə III kurs tələbələrinə faydalı həşəratlar haqqında məlumat verilib, onların sualları cavablandırılıb.