Gəncədə yeni təyinat olub. Bu haqda Gencexeber.az-a 4 mart tarixində məlumat daxil olub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. Sənədə əsasən, polis kapitanı Pərviz Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.
Digər əmrlə o, Gədəbəy rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin edilib.