Yanvarın 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Yevlax və Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Aran rayonlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.