Gəncədə sağlamlıq imkanları məhdud olan şəxslər üçün tədbir keçirilib. Bu haqda 2 mart tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Gənclər və İdman Baş İdarəsi, Gənclər Evi və "Fərəh" Sosial İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Dəyərimizə dəyər qataq" adlı silsilə tədbirlər baş tutub. Məqsəd sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası üçün özgüvənini artırmaq və bu məsələnin həlli üçün birgə əməkdaşlığı inkişaf etdirmək olub.
Birinci həftədə sözügedən şəxslərlə rollu oyunlar oynanılaraq inkişafetdirici öyrənmə prosesində iştiraka cəlb olunublar. Burada əsas məqsəd özünə güvənmə və inteqrasiya idi.
İkinci həftədə isə "Mandala terapiyası" əsasında uşaqlara streslə mübarizə, diqqətin cəmlənməsi və öz yaradıcılığının kəşf edilməsində kömək edilib. Sonda əyləncəli əl izi rəsmi işlənilib.