Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda sentyabrın 21-də FHN-ə istinadən məlumat veririk.
Hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Alov ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin bir otağını bürüyüb. 20 kvadratmetr sahədə lambirdən ibarət tavan, döşəmə, 10 kvadratmetr sahədə ev əşyaları və zirzəminin tavanı yanıb. Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə qarsalanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.