top
“Bütün qəlbi ilə Gəncəyə bağlı idi” - Ələkbər Tağıyevin oğlu
16 aprel 2025, 14:55
- ↺ +

“Bütün qəlbi ilə Gəncəyə bağlı idi” - Ələkbər Tağıyevin oğlu

 

Bu gün bəstəkar Ələkbər Tağıyevin anım günüdür. Onun vəfatından 44 il ötür.

Bəstəkarın oğlu Xaliq Tağıyev atası ilə bağlı xatirələrini Gencexeber.az-la bölüşüb.

O bildirib ki, həmin gün haqqında danışmaq çətindir: “Çox ağır gün idi. Atamın əvvəldən ürəyində problem vardı, infarkt keçirmişdi. Ancaq həmin gün özünü yaxşı hiss edirdi, hətta bağa getməyə hazırlaşırdıq. Atam həmişə bahar fəslində gül-çiçək xoşlayırdı. Bağda bağban olmasına baxmayaraq, güllərə özü qulluq edirdi. Həmin gün də bağda əkmək üçün gül şitilləri almışdı. Ürəyi tutur, anam da deyir ki, özünü pis hiss edirsən, gəl bunu başqa günə saxlayaq. O da deyir ki, ay Almaz, bu güllərin nə ömrü var ki, bir gününü də mən alım. Elə olur ki, o gülləri əkmək qismət olmur.

Halının pisləşdiyini görəndə həkimlərdən xahiş edir ki, mənə əl vurmayın. Böyük qardaşım Namiqi çağırıb ona vəsiyyətini edir, ailəni tapşırır. Sonra isə hamını otaqdan çıxarıb kəlmeyi-şəhadətini demək istədiyini söyləyir. Təxminən, saat dörd radələrində vəfat edir. Şitillər də solur…”

O, Ələkbər Tağıyevin seyid nəslindən olduğunu xatırladıb.

“Nənəm öz atasının adını atama qoyub. Münəvvər nənəm ağır seyid nəslindəndir. Atam özü də seyiddir. Adından da bu görünür – Əli Əkbər.

Atam Allahla yaşayan adam olub. Buna görə də, Allah-tala onu fitri istedadla mükafatlandırıb. 44 ildir ki, Ələkbər Tağıyev həyatda yoxdur, ancaq bu günə qədər xalqımızın ürəyindədir. Elə bir insan tapılmaz ki, atamın heç olmasa bir mahnısını bilməsin. Bu da mənim, ailəmin xoşbəxtliyidir. O, tərbiyəyə, ədəb-ərkana çox fikir verirdi. Həmişə istəmişəm ki, onun yolunu gedim.

Atam kasıb ailədə böyüyüb, ancaq sonradan öz gücünə hər şeyə nail olub. Bu gün də mən onun qonorarları ilə yaşayıram. Həmişə deyirdi ki, mən olmayanda da mənim pulum köməyinə çatacaq”, - sənətkarın oğlu deyib.

Xaliq bəy atasının Gəncə sevgisindən də danışıb:

“Atam Gəncədə anadan olub, o, doğma şəhərini çox sevirdi. Bütün qəlbi ilə Gəncəyə bağlı idi. İlk işinə də Gəncə məhkəməsində kargüzar kimi başlayıb. Gəncənin Vaqif küçəsində, bazarın aşağı hissəsində yaşayıb.

Atamın ən çox sevdiyi söz “qadan alım” idi. Hətta bu ifadəyə aid mahnısı da var - “Qadan mən alım , başına dönüm, Qadan alım, başına mən dönüm sənin!”

Ümumiyyətlə, Ələkbər Tağıyev yaradıcılığında Gəncə, Göygöl haqqında bir çox mahnılar var. O, həmişə doğma şəhərinə sevgi-məhəbbətlə yanaşıb. Gəncəyə gedəndə İmamzadəyə  mütləq baş çəkməli idi.

Onda əsl gəncəli xarakteri vardı. Çox mərd adam idi. Vuran əli vardı mənim atamın. Düzdür, heç kimlə işi olmazdı. Ancaq kimsə ona qarşı düzgün hərəkət etməyəndə mütləq cavabını alırdı. O, “Döymə taxta qapımı, döyməyim dəmir qapını” prinsipi ilə yaşayırdı. Dosta dost idi, düşmənə düşmən. Xoşbəxt adamam ki, mənim belə atam olub”.

Qeyd edək ki, Ələkbər Tağıyev 1981-ci ilin bu günü 56 yaşında dünyasını dəyişib. Görkəmli bəstəkar Maştağada "Seyidlər” qəbiristanlığında torpağa tapşırılıb.

Aytac Sahəd

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Bu gün, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Bu gün, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Bu gün, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Bu gün, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Bu gün, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Oxşar xəbərlər