top
Bu gün gəncəli yazıçı Sahib İbrahimlinin doğum günüdür
17 aprel 2026, 14:37
- ↺ +

Bu gün gəncəli yazıçı Sahib İbrahimlinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün yazıçı Sahib Axundovun doğum günüdür. 

Sahib Axundov 17 aprel 1952-ci ildə Gəncə şəhərində anadan olub. O, Sahib İbrahimli təxəllüsü ilə tanınır.

Gencexeber.az xatırladır ki, İbrahimli ilk təhsilini 8 saylı, sonra isə 1 saylı Gəncə şəhər məktəblərində alıb. O, 1968-1973-cü illərdə Gəncə Dövlət Universitetində oxuyub.

Sahib İbrahimli əmək fəaliyyətinə 1973-cü ildə Ucar rayonunda müəllim işləməklə başlayıb. Bununla bərabər, o, 1976-1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

Yazıçı 1982-1994-cü illərdə AMEA-nın Gəncə Bölməsində elmi işçi kimi çalışıb. O, 1989-1992-ci illərdə Azərbaycan kənd təsərrüfatı Akademiyasının "Kadr uğrunda" qəzetinin müxbiri olub. İbrahimli 1995-ci ildən indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, həmçinin Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədridir.

Yazıçının ilk mətbu şeiri olan "Söyüd" 1969-cu ildə "Kirovabad kommunisti" qəzetində çap olunub. Onun əsərləri sırasında "Dağların sovqatı", "Külək mənim dostumdur", "Atam laylay, anam laylay", "Torpağı öpəndə", "Bir də baxıb gördüm şeir yazıram" və s. qeyd etmək olar. İbrahimlinin əsərləri Ukrayna, İran və Türkiyədə çap olunub.

Sahib İbrahimli "Qasımbəy Zakirin poetikası", "Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü", "Elm fədaisi" əsərlərinin, həmçinin söz ustası Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir monoqrafiyanın, 100-ə qədər elmi məqalənin və 10-dan çox kitabın müəllifidir. İbrahimli 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1992-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

O, Azərbaycanın Əməkdar mədəniyyət işçisidir. Yazıçı 2015-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Oxşar xəbərlər