top
Bu gün əfsanəvi gəncəli futbolçunun doğum günüdür
18 mart 2026, 09:44
- ↺ +

Bu gün əfsanəvi gəncəli futbolçunun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Gəncə futbolunun tanınmış simalarından olan Mübariz Zeynalovun dünyaya gəldiyi gündür.

Gencexeber.az məlumat verir ki, Mübariz Zeynalov 1945-ci il mart ayının 18-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından futbola böyük həvəsi olub.

"Alüminium zavodu" futbol komandasında oynayan Ağa Abbasov adlı qonşusu küçədə 15-16 yaşlı Mübarizin oyununu görüb onu komandaya dəvət edib. Orada məşqçilər tərəfindən bəyənilən Zeynalov bir müddət "Alüminium zavodu" komandasında oynayır. 17 yaşında isə SSRİ çempionatının ikinci dəstəsində mübarizə aparan Gəncənin "Dinamo" klubuna cəlb olunur. 1964-cü ildə "Dinamo"nun əsas heyətinə qoşulur. Bir il sonra komandanın SSRİ çempionatının güclülər dəstəsinə vəsiqə qazanmasında Mübariz Zeynalovun da müstəsna rolu olur.

1966-cı ilin may ayında Bakıda "Dinamo" - "Krasnodar" oyunu keçirilir. Görüş başa çatandan sonra "Neftçi"nin rəisi və baş məşqçisi Vasili Sokolov, eləcə də Ali Sovetin Rəyasət Heyəti sədrinin müşaviri Tofiq Bağırov paltardəyişmə otağına gələrək Mübariz Zeynalov ilə Nizami Salahova Bakının "Neftçi" klubunda keçməsini təklif edirlər. 

Bununla da may ayında ölkənin əsas komandasına dəvət olunan Zeynalov mövsümün sonunadək 20 oyun keçirərək "Neftçi"nin bürünc medallar qazanmasında da pay sahibi olur. Qısa vaxt ərzində, 20 oyunda, yəni görüşlərin 50 faizindən çoxunda iştirak etdiyi üçün bürünc medala layiq görülən 12 futbolçudan biri kimi tarixə düşür.

O, 1968-ci ildə dizindən aldığı ciddi zədədən sonra Moskvada əməliyyat olunaraq, 1 il futboldan kənarda qalmalı olur. 1969-cu il mövsümün yarısında yenidən oynamağa başlasa da, zədə özünü göstərdiyi üçün əvvəlki formasını bərpa edə bilmir. Məhz bu səbəbdən 1972-ci ildə "Neftçi"dən ayrılan hücumameylli yarımmüdafiəçi Gəncəyə qayıdaraq daha iki il oynayandan sonra 1974-cü ildə, 29 yaşında futbolçu karyerasını başa vurur.

Bununla belə, sevdiyi idman növündən tamamilə ayrı düşmür. 1992-ci ildə Ruslan Abdullayev və Ağasəlim Mircavadovla birgə Azərbaycan milli komandasının ilk məşqçilərindən olan Mübariz Zeynalov 1993-cü ildə 1 il müddətinə "Kəpəz" klubunun baş məşqçisi olur. 2015-ci il martın 31-dən ömrünün son gününədək "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.

Mübariz Zeynalov 2015-ci ilin avqust ayının 8-də uzun müddət müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Oxşar xəbərlər