Gəncədə yüksək vəzifəli şəxs işdən çıxarılıb. Bu haqda 5 sentyabr tarixində Report-a istinadən məlumat veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini Ruslan Əliyevin işinə xitam verilib. O, həmin vəzifəyə 7 ay öncə (cari ilin fevral ayında) təyin olunmuşdu.
Qeyd edək ki, Ruslan Əliyev Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsindən azad edilərək bura təyinat almışdı.