Gəncədə direktor müavinləri ilə görüş keçirilib. Bu haqda 31 avqust tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Maarifləndirici görüş təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin təsərrüfat işləri üzrə direktor müavinləri ilə baş tutub. Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları və təsərrüfat işləri üzrə direktor müavinləri iştirak ediblər.
Burada direktor müavinlərinə vəzifə öhdəlikləri barədə məlumat verilib, yeni tədris ilində görüləcək işlər müzakirə olunub və təkliflər dinlənilib.
Sonda xüsusi fəallığı ilə seçilən işçilərə təşəkkürnamə təqdim olunub.