Gəncədə bir nəfər üçün xilasedicilərin köməyinə zərurət yaranıb. Bu haqda 3 oktyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin barmağında dəmir halqanın sıxılıb qalması barədə müraciət daxil olub. Hadisə yerinə FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib.
Onlar təcili tibbi yardım briqadasının iştirakı ilə xilasetmə tədbirləri həyata keçiriliblər. Nəticədə halqa vətəndaşın barmağından çıxarılıb.