Gəncədə uşaqlardan biri köməksiz vəziyyətdə qalıb. Bu haqda 7 sentyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə uşağın bağlı qapı arxasında qalması barədə müraciət daxil olub. Hadisə yerinə qurumun Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib.
Müvafiq tədbirlər nəticəsində nəzarətsiz qalmış uşaq xilas olunub.