Gəncədə veloyürüşün dördüncü mərhələsi start götürür. Bu haqda 10 iyun tarixində Report-a istinadən məlumat veririk.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçirilir. Bu gün, 10 iyun turnirin dördüncü mərhələsi baş tutacaq.
Yarış Nizami yurdunda start götürəcək. Velosipedçilər Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edəcəklər.
Qeyd edək ki, beynəlxalq yarışın nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.