Gəncədə bədbəxt hadisə baş verib. Bu haqda 19 avqust tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhər ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb. 24 yaşlı şəhər sakini Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. Nəticədə gənc qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.