Saat 9:00-a olan məlumata əsasən hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Daşkəsəndə 1 sm-dir.
Gəncə, Şəmkir, Yevlaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.