Fevralın 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Şəmkir və Yevlaxda duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.