“Gəncə” basketbol klubu növbəti rəqibi ilə üz-üzə gələcək.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Basketbol Liqasının IX turu çərçivəsində yanvarın 15-i keçiriləcək matçın start fiti saat 14:00-da səsləndiriləcək. Rəqiblər Şəki Olimpiya İdman Kompleksində mübarizə aparacaqlar.
Qeyd edək ki, cari mövsümdə klublar artıq qarşılaşıblar. Dekabrın əvvəlinə təsadüf edən gərgin mübarizə gəncəlilərin qələbəsi ilə yekunlaşıb.