Gəncədə bank mülkü hərraca qoyulur. Bu haqda 3 iyul tarixində Report-a istinadən məlumat veririk.
İyulun 20-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək. Burada QSC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 261, b4 ünvanında yerləşən mənzil satışa çıxarılacaq.
Mülkün sahəsi 44,2 kvadratmetrdir. Əmlaka 45 min manat qiymət qoyulub.