Gəncədə bir nəfər xilas edilib. Bu haqda 1 may tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında qalması barədə müraciət daxil olub. Əraziyə qurumun xilasediciləri cəlb ediliblər.
Müvafiq tədbirlər nəticəsində mənzilin qapısı açılıb. Burada vətəndaş halsız vəziyyətdə aşkar edilib. O, aidiyyəti üzrə təhvil verilib.