top
Azər Məmmədov: Çox istərdim ki, Kəpəz kubokun finalında olsun
18 sentyabr 2026, 20:36
- ↺ +

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Kəpəz" PFK-nin baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkatmasının nəticələrini, qarşıya qoyulan hədəfləri və finalın Gəncədə keçirilməsini dəyərləndirib.

Gencexeber.az məlumat verir ki, baş məşqçi bu barədə klubun mətbuat xidmətinə müsahibə verib.

- Bu gün ölkə kubokunun yeni mövsümünün püşkatmasında "Kəpəz"in bəxtinə 2-ci təsnifat mərhələsində "Baku Sportinq" komandası düşüb. Püşkün nəticəsini "sarı-göylər" üçün necə dəyərləndirirsiniz?

- Püşkün nəticəsindən asılı olmayaraq, istənilən rəqibə qalib gəlməyə çalışacağıq. Kubok uğrunda yarışda bəzi futbolçulara, xüsusilə gənc oyunçulara forma geyinmək şansı verəcəyik. Bu turnirdə bacardığımız qədər irələmək niyyətindəyik.

- Çoxları komandanızın "Baku Sportinq"i asanlıqla keçəcəyini proqnozlaşdırır. Yəni, 1/8 finalda "Turan" - "Kəpəz" cütünün olacağını düşünürlər. Sizcə, 1/8 mərhələni adlamaq olarmı?

- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Öncə 2-ci təsnifat mərhələsində uğur qazanmaq lazımdır. Ötən illərlə müqayisədə I Liqanın səviyyəsi yüksəlib. Həmin çempionatda yaxşı komandalarımız var. Güclü rəqabətin mövcud olduğu yarış keçirilir. "Baku Sportinq" isə ötən mövsüm I Liqada 4-cü yeri tutub. Düşünürəm ki, "Baku Sportinq" asan rəqib deyil. Təbii ki, meydançaya qələbə üçün çıxacağıq. Rəqibimizi məğlub edib, 1/8 finala yüksəlməyə çalışacağıq.

- Kubokun finalının Gəncədə keçiriləcəyi xəbərini necə qarşıladınız?

- Bu xəbər məni çox sevindirdi. Fikrimcə, kubokun final matçının Gəncəyə salınması ən düzgün, ən yaxşı qərardır. Çünki Gəncə sakinləri futbolu çox sevirlər. Gəncəli azarkeşlər kubokun finalına rəng qatacaqlar, şəhərimizdə əsl futbol bayramı yaşanacaq.

- Gəncəli fanatların daha bir arzusu var: "Kəpəz"i kubokun finalında görmək. Necə düşünürsünüz, bu arzunu reallığa çevirmək nə dərəcədə mümkündür?

- Əlbəttə, mən də gəncəli azarkeşlərin bu arzusuna qoşuluram. Çox istərdim ki, doğma şəhərimizdə, doğma meydançamızda finala vəsiqə qazanan komandalardan biri "Kəpəz" olsun. Bundan ötrü əlimizdən gələn heç nəyi əsirgəməyəcəyik, maksimum gücümüzü ortaya qoyacağıq. İnşallah, nəyə nail olacağımızı zaman göstərəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

Gəncədə kitab sərgisi keçiriləcək – GİRİŞ ÖDƏNİŞSİZ

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
Dünən, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Bütün xəbərlər
Dünən, 11:52

Gəncəli oğlanlar bu göstəricidə qızlardan geri qalır

Bütün xəbərlər
Dünən, 10:41

Çipsin qiyməti arta bilər: YENİ VERGİ

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə yerləşmə müəssisələrində yoxlama aparılıb

Bütün xəbərlər
Dünən, 09:15

"TikTok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Gəncədə işıqfor narazılığı: əsas yolda avtomobillər növbəyə düzülür

Bütün xəbərlər
Dünən, 08:46

Gəncədə həftədə 4 gün ödənişsiz məşğələlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Oxşar xəbərlər