Gəncədə "Azəralüminium" MMC-nin elan etdiyi tender ləğv edilib. Bu haqda 20 iyun tarixində Fed.az-a istinadən məlumat veririk.
"Qazanxana avadanlıqları üçün ehtiyat hissələrinin satınalınması" tenderində iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayının üçdən az olması səbəbindən tədbir ləğv olunub.
Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsinə görə, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.