Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə ənənəvi "III Qida sənayesi və Qida təhlükəsizliyi forumu" keçiriləcək.
Gencexeber.az bildirir ki, forum aprelin 17-də baş tutacaq.
Forumda qida sənayesinin aktual problemləri, innovativ yanaşmalar, eləcə də qida təhlükəsizliyinin təmin olunması istiqamətində müasir çağırışlar müzakirə ediləcək.
Tədbirdə mütəxəssislər, akademik heyət, sənaye nümayəndələri və tələbələrin iştirakı nəzərdə tutulur.