Gəncədə universitetlərin birində imtahanlar başlayıb. Bu haqda 22 avqust tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetində yay semestr imtahanlarına start verilib. Bu imtahan Akademik borcu olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr üçün təşkil edilib.
ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov imtahan keçirilən auditoriyaları gəzərək prosesi izləyib.
Qeyd edək ki, imtahanlar 22 avqust başlayıb 24-ü bitəcək.